Türkiyəli müğənni Pınar Yıldız “Cansın” adlı mahnısına çəkdiyi klip zamanı atdan yıxılıb.
Kulis.az xəbər verir ki, qəza nəticəsində dərhal xəstəxanaya yerləşdirilən sənətçinin yaddaşını itirdiyi bildirilib.
Müğənni uzunmüddətli müalicədən sonra sağalıb. Yarımçıq qalan klip çəkilişləri isə İstanbulda davam etdirilərək yekunlaşdırılıb.