Məşhur fotoqraf "Fotoqrafiyaya görkəmli töhfə" mükafatına layiq görüldü

Məşhur fotoqraf "Fotoqrafiyaya görkəmli töhfə" mükafatına layiq görüldü
17 noyabr 2026
# 12:38

Qananın müstəqillik dövrünü və 1960-cı illər Londonunun qaradərili icmalarının həyatını lentə köçürən məşhur fotoqraf Ceyms Barnor "Sony Dünya Fotoqrafiya Mükafatları"nın 20-ci ildönümündə "Fotoqrafiyaya görkəmli töhfə" mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, mükafat 97 yaşlı sənətçiyə 15 aprel 2027-ci ildə Londonda keçiriləcək qala gecəsində təqdim olunacaq.

1929-cu ildə doğulan Barnor Qananın ilk fotojurnalistlərindən biri kimi 1957-ci ildə ölkəsinin müstəqillik qazanması prosesini sənədləşdirib.

1953-cü ildə Akkrada açdığı "Ever Young" studiyasında cəmiyyətin bütün təbəqələrini lentə alan sənətçi daha sonra Londona köçərək nüfuzlu "Drum" jurnalı üçün dəb və portret çəkilişləri edib, vətəninə qayıtdıqda isə Qanada ilk rəngli foto laboratoriyasını qurub.

Qeyd edək ki, mükafatlandırma çərçivəsində 16 aprel – 3 may 2027-ci il tarixlərində Londonun "Somerset House" məkanında Barnorun 50-dən çox əsərini və şəxsi arxiv materiallarını əhatə edən xüsusi sərgi açılacaq.

# 39 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər