FTX qalmaqalı haqqında serial - 8 milyard dollarlıq çöküş "Netflix"də

FTX qalmaqalı haqqında serial - 8 milyard dollarlıq çöküş "Netflix"də
17 noyabr 2026
# 12:14

Dünyanın ən böyük kriptovalyuta qalmaqallarından biri “Netflix”in yeni serialının mövzusuna çevrilib.

Kulis.az xəbər verir ki, “The Altruists” adlı səkkizseriyalı ekran əsəri FTX birjasının qurucusu Sem Bankman-Frid və onun biznes tərəfdaşı Kerolayn Ellisonun yüksəlişindən və iflasından bəhs edir.

Serialın əsas qəhrəmanlarını Entoni Boyl və Culiya Qarner canlandırırlar.

Layihənin mərkəzində milyardlarla dollarlıq maliyyə imperiyasının necə çökdüyü, iki gənc sahibkarın münasibətləri və onların rəhbərlik etdiyi sistemin yaratdığı fəsadlar dayanır. FTX-nin müştəri vəsaitlərində 8 milyard dollarlıq boşluq yaranmışdı. Bankman-Frid 2023-cü ildəki məhkumluq qərarından sonra həbsdədir, Ellison isə istintaqla əməkdaşlıq etdikdən sonra azadlığa buraxılıb.

Serialın noyabrın 19-da yayımlanacağı bildirilir.

# 44 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər