Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində
3 oktyabr 2026
# 17:00

Müasir klassik musiqinin məşhur simalarından olan minimalist bəstəkar Stiv Rayx 90 illik yubileyi ərəfəsində "In All Your Ways" ("Bütün yollarında") adlı yeni 18 dəqiqəlik əsərini təqdim edib.

Kulis.az xəbər verir ki, bəstəkar "Reuters" agentliyinə müsahibəsində yaradıcılıq prosesində ilk dəfə tətbiq etdiyi üsullardan və süni intellektə münasibətindən bəhs edib.

Adını Müqəddəs Kitabın "Süleymanın məsəlləri" hissəsindən alan əsərin bəstələnmə prosesində Rayx ilk dəfə struktura müdaxilə edərək tempin həddən artıq sürətli olmaması üçün dinamikaya yeni "nəfəs" hissələri əlavə etdiyini deyib.

Süni intellektin musiqidəki rolu haqqında da danışan ustad bəstəkar texnologiyanın faydalarını dana bilməyəcəyini, lakin öz yaradıcılığında süni intellektə ehtiyacı olmadığını vurğulayıb.

# 63 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər