Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında
3 oktyabr 2026
# 15:00

Türkiyənin "Atv" telekanalında yayımlanan "Güneşin Doğduğu Yer" serialında Kenan Kozan obrazını canlandıran məşhur aktyor Burak Özçivit Fransaının Kann şəhərində keçiriləcək dünyanın ən nüfuzlu məzmun yarmarkalarından sayılan "MIPCOM"a hazırlaşır.

Kulis.az xəbər verir ki, tədbir 12-15 oktyabr tarixlərində baş tutacaq.

Oktyabrın 12-də telekanalın stendini ziyarət edəcək Özçivit xarici media nümayəndələri və beynəlxalq alıcılarla bir araya gələrək layihə haqqında təfərrüatları bölüşəcək.

Qeyd edək ki, sıx çəkiliş qrafiki ilə çalışan aktyor tədbirdən dərhal sonra Türkiyəyə qayıdaraq serialın setinə qoşulacaq.

# 88 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər