Məşhur amerikalı müğənni Billi Steynberq 76 yaşında vəfat edib.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.
Bildirilib ki, Billi Steynberq uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.
Qeyd edək ki, o, həmçinin Madonnanın "Like a Virgin", Uitni Hyustonun "So Emotional", Sindi Loperin "True Colors", eləcə də "The Bangles", "Heart" kimi qrupların mahnılarının müəllifidir.