“CineMastercard" kinoteatrında Xalq yazıçısı, dramaturq Maqsud İbrahimbəyovun 90 illik yubileyi münasibətilə onun “Ondan yaxşı qardaş yox idi” əsəri əsasında çəkilmiş rejissor Murad İbrahimbəyovun eyniadlı filminin nümayişi keçirilib.
Kulis.az xəbər verir ki, ittifaqın katibi Oleq Səfərəliyevin moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev M.İbrahimbəyovla bağlı xatirələrini bölüşüb, onun Azərbaycan ədəbiyyatına və dramaturgiyasına verdiyi töhfələrdən danışıb.
Daha sonra, sözügedən filmin rejissoru Murad İbrahimbəyov çıxış edərək, filmin yaradıcı heyətini səhnəyə dəvət etdi. Filmdə rol almış Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov, filmdə və ümumiyyətlə, İbrahimbəyovlar nəslinin yaradıcılığında iştirakından söhbət açıb.
Ekran əsərində iştirak edən, Əməkdar artistlər Şəlalə Şahvələdqızı və Nazir Rüstəmov filmin çəkiliş prosesi haqqında yaddaqalan maraqlı tamaşaçılarla bölüşüblər.
Qeyd edək ki, “Ondan yaxşı qardaş yox idi” bədii filmi 2010-cu ildə ekranlaşdırılıb və Azərbaycan, Rusiya və Bolqarıstanın müştərək istehsalıdır. Filmdə Nino Ninidze, Sergey Puskepalis, Yevgeni Sıqanov, Timur Bədəlbəyli, Mikayıl Mikayılov, Hacı İsmayılov və başqaları çəkiliblər.