Türkiyəli müğənni Mahsun Kırmızıgül media qurumlarına və xəbər kanallarına sərt şəkildə etiraz edib.
Kulis.az xəbər verir ki, o, sənətçilərin yaşadığı müddətdə dəyər görmədiyini, yalnız vəfat etdikdən sonra xatırlandığını bildirib. Bu barədə Mahsun sosial şəbəkədə paylaşım edib:
"Sənətçinin əsərinə, konsertinə, alın təri ilə qazandığı əməyinə dəyər vermirsiniz. Yaşadığı zaman onu görməzdən gəlirsiniz. Təəssüf ki, sənətçilər öldükdə xatırlanır. Edip Akbayram, Volkan Konak, Ferdi Tayfur, Özkan Uğur kimi şəxsləri itirdikdə bu acı mənzərənin şahidi olmuşuq.
Bir gün başıma nəsə gəlsə və ya bu dünyadan köçsəm, xəbərimi verməyin! Dəfnimə gəlməyin! Gedin, xəbər dəyəri daşıdığını düşündüyünüz oğruların, uşaqlarımızın gələcəyini oğurlayanların xəbərlərini verin!"
Qeyd edək ki, o, sənət və sənətçiyə dəyər verməyən proqramlarda iştirak etməyəcəyini bildirib.