Luvrda su sızması yüzlərlə kitaba ziyan vurub

Luvrda su sızması yüzlərlə kitaba ziyan vurub
8 dekabr 2025
# 13:14

Parisdəki Luvr muzeyində baş verən su sızması yüzlərlə əsərə ziyan vurub.

Kulis.az xəbər verir ki, noyabrın sonunda Luvrda su sızması nəticəsində 300–400 elmi material, o cümlədən 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərinə aid misirologiya jurnalları və tədqiqat sənədləri zərər görüb.

Muzeyin administratorunun müavini Frensis Steinbok bildirib ki, sızma əsasən kitablardan ibarət 300–400 əsərə təsir edib.

Qeyd edək ki, 19 oktyabrda dörd oğru Luvr Muzeyindən 102 milyon dollar dəyərində zərgərlik əşyalarını oğurlayaraq qaçıb və bu hadisə muzeydəki açıq təhlükəsizlik boşluqlarını ortaya çıxarıb.

# 179 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər