“Ləzginka” rəqs ansamblı Bakıda konsert proqramı ilə çıxış etdi

“Ləzginka” rəqs ansamblı  Bakıda konsert proqramı ilə çıxış etdi
2 iyun 2026
# 16:20

Beynəlxalq Muğam Mərkəzində Dağıstanın məşhur Dövlət Akademik Əməkdar Rəqs Ansamblı “Ləzginka” konsert proqramı ilə çıxış edib.

Kulis.az xəbər verir ki, proqramda Qafqazın zəngin folkloru, qədim ənənələri və xalqın ruhunu özündə yaşadan rəqslər ifa olunub.

Konsertdə yer alan “Ləzginka”, “Bahar”, “Dağıstan”, “Xəncər”, “Dostluq”, “Çobanlar” və digər rəqs nömrələri Qafqaz xalqlarının mənəvi dünyasına virtual səyahət imkanı yaradıb.

Gecədə rəqs nümunələri videoslaydlar ilə müşayiət olunub. Ekranda təqdim olunan vizual materiallar rəqslərin yaranma tarixi, məzmunu və simvolik mənası barədə tamaşaçılara ətraflı məlumat verib.

# 47 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər