Böyük Britaniyada şahzadə Uilyam və Keyt Middltonun 2011-ci ildə keçirilən toyunda qonaqlara təqdim olunan tort parçası 1700 avroya hərraca çıxarılıb.
Kulis.az xəbər verir ki, təxminən 7,5 x 5 sm ölçüsündə olan kiçik meyvəli tort parçası kağıza bükülüb. Üzərində "Uilyam və Ketrin, 29 aprel 2011" yazılmış xatirə məqsədli metal qutuda saxlanılır.
Hərrac evinin nümayəndəsi Rupert Pauell bildirib ki, Şahzadə Uilyam və Keyt Middltonun toyuna aid əşyalar dünyanın müxtəlif yerlərində kolleksiyaçılar arasında böyük maraq doğurur.
Kral cütlüyünün toy tortunun hündürlüyü təxminən bir metr olub, səkkiz mərtəbədən ibarət idi. Şəkər gülləri ilə bəzədilmişdi və çəkisi təxminən 100 kiloqram idi. Tortu Fiona Kerns hazırlayıb. / Lent.az