Şəki Dövlət Dram Teatrında Azərbaycan klassik dramaturgiyasının banisi M.F.Axundzadənin “Hekayəti-Xırsi-Quldurbasan” komediyası əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın premyerası olub.
Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu və geyim üzrə rəssamı Sahib Əhmədov, baletmeysteri Çingiz Novruzəliyev, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Səhnə əsərində rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Hariz Əhmədov, Nərmin Abbasova, Çingiz Novruzəliyev, Lalə Məmməd, İlkin Rüstəmov, Rəşid Mirizadə, Rəsul Məmmədrəhimov, Pərviz İsmayılov, Qurban Rəsulov, Elvin Mabudov, Azad Məmmədov və Rəşad Rüstəmov ifa ediblər.
Lalə Məmmədova bildirib ki, hazırda teatrda 4-cü rüb üçün repertuar plana daxil edilən görkəmli alman ədibi Bertolt Brextin “Kuraj ana və uşaqları” pyesi əsasında hazırlanacaq yeni tamaşanın stolarxası məşqlərinə başlanılıb. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlidir.
AZƏRTAC
“Hekayəti-Xırsi-Quldurbasan” tamaşasının premyerası oldu

Müəllifin son yazıları
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
21:30
18 sentyabr 2025

Erməni ssenaristi Bakıdan qovan, gizlincə dəfn edilən Xalq artisti kimdir?
18:38
18 sentyabr 2025

Üzeyirin musiqisini duyan gənc - Fikrət Əmirov Ərtoğrol Cavid haqqında nə yazmışdı?
18:00
18 sentyabr 2025