Gülnar Səmanın kitabı Türkiyədə çap olundu

Gülnar Səmanın kitabı Türkiyədə çap olundu
13 aprel 2026
# 16:55

Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Gülnar Səmanın “Nar” adlı şeirlər kitabı Türkiyədə işıq üzü görüb.

“Liz yayınları”nda nəşr olunan kitabın nəşriyyat redaktoru Ramazan Seydaoğludur (Karataş). Kitabın üz qabığının rəssamı Nəvai Metindir.

Əsasən lirik şeirlərdən ibarət olan kitab müəllifin 40 illik yubileyinə töhfədir. “Nar”dan (2026) on il əvvəl müəllifin otuz illiyində “Gül” (2016) kitabı çap olunmuşdu.

Ümumiyyətlə, Gülnar Səmanın indiyədək dörd şeir kitabı nəşr edilib. İlk kitabı məktəbdə oxuyarkən yayımlanmış “Mən sehrli səmayam” (2001) kitabıdır. İkinci kitabı isə ondan on il sonra nəşr edilmiş “İçimdəki söhbətlər”dir (2011).

Kitabda müəllifin son illərdə yazdığı müxtəlif mövzularda şeirləri toplanıb.

# 116 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər