Ən qorxulu filmlər siyahısı hazırlandı - Tamaşaçıların nəbzinin ölçülməsi ilə

Ən qorxulu filmlər siyahısı hazırlandı - Tamaşaçıların nəbzinin ölçülməsi ilə
9 oktyabr 2026
# 16:30

"Science of Scare" layihəsi çərçivəsində aparılan elmi tədqiqat nəticəsində kinematoqrafiya tarixinin ən qorxulu filmlərinin siyahısı tərtib olunub.

Kulis.az xəbər verir ki, tamaşaçıların ürək döyüntülərinin tezliyi və nəbz dəyişkənliyi əsasında hazırlanan reytinqə Skott Derriksonun 2012-ci ildə çəkdiyi "Sinister" ("Məşum") filmi başçılıq edir.

Ekran işi izləyicilərin nəbzini 34 faiz artıraraq 96 bal toplayıb.

Tədqiqatın nəticələrinə görə ən qorxulu 20 film siyahısı belədir:

"Sinister" ("Məşum")

"Host" ("Qonaq")

"Skinamarink" ("Skinamarink")

"Insidious" ("Ruhlar evi")

"The Conjuring" ("Cadugərlər evi")

"Hereditary" ("İrsiyyət")

"Smile 2" ("Təbəssüm 2")

"Smile" ("Təbəssüm")

"The Exorcism of Emily Rose" ("Emili Rousun iblisdən təmizlənməsi")

"Talk To Me" ("Mənimlə danış")

"Hell House LLC" ("Cəhənnəm evi MMC")

"The Conjuring 2" ("Cadugərlər evi 2")

"It Follows" ("O izləyir")

"The Dark and the Wicked" ("Qaranlıq və şər")

"The Descent" ("Eniş")

"Paranormal Activity" ("Paranormal hadisə")

"The Babadook" ("Babaduk")

"A Quiet Place 2" ("Sakit bir yer 2")

"The Autopsy of Jane Doe" ("Ceyn Dounun yarılması")

"Insidious 2" ("Ruhlar evi 2")

2026-cı ilin yeni ekran işlərindən "Undertone" ("Fısıltı") siyahıda 33-cü pillədə qərarlaşıb,

Zak Kreqqerin çəkdiyi "Resident Evil" ("Şər yuvası") isə ani qorxu sahəsində rekord qırıb.

Qeyd olunub ki, mütəxəssislər fizioloji göstəricilərin ani diksinmələri dəqiq ölçdüyünü, lakin psixoloji qorxunu tam ifadə etmədiyini bildirirlər.

# 73 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər