Beynəlxalq səyyahlar Gəncəsər monastırında

Beynəlxalq səyyahlar Gəncəsər monastırında
9 oktyabr 2026
# 16:37

Beynəlxalq səyyahlardan ibarət nümayəndə heyəti Ağdərəyə səfər edib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, nüfuzlu MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi, 13 ölkəni təmsil edən səyyahlar səfər çərçivəsində Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırını ziyarət ediblər.

Səyyahlara abidənin tarixi, memarlıq xüsusiyyətləri, işğal dövründə kompleksə edilmiş qanunsuz müdaxilələr və bununla bağlı hüquqi məsələlər barədə məlumat verilib.

Bildirilib ki, Xaçınçayın sahilində, hündür və mənzərəli yaylada yerləşən Gəncəsər monastırı Alban memarlığının ən məşhur abidələrindən biridir. 1216–1238-ci illərdə alban knyazı Həsən Cəlalın təşəbbüsü ilə inşa edilən məbəd uzun əsrlər boyu alban katolikosatının mərkəzi, 1836-cı ilədək isə sonuncu alban katolikoslarının iqamətgahı olub.

Qeyd olunub ki, işğal dövründə kompleksin memarlıq quruluşuna və interyerinə müdaxilələr edilib, tarixi daş yazıların, ornament və simvolların bir hissəsi korlanıb və ya dəyişdirilib. Müxtəlif illərdə aparılmış bərpa və yenidənqurma işləri nəticəsində abidənin ilkin görkəminə təsir edən dəyişikliklər baş verib.

Səyyahlara, həmçinin 2024-cü ildə kompleksdə keçirilmiş yerində baxış zamanı qeydə alınan müdaxilə izləri, abidənin tarixi-mədəni mənsubiyyətinin müəyyənləşdirilməsində ilkin mənbələrin, epiqrafik materialların, arxeoloji sübutların və müqayisəli memarlıq təhlilinin əhəmiyyəti barədə məlumat verilib.

# 63 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər