"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı
8 oktyabr 2026
# 18:00

Dünya üzrə yerli təamları və ənənəvi mətbəx mədəniyyətlərini qiymətləndirən beynəlxalq "TasteAtlas" qastronomiya platforması "Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısını açıqlayıb.

Kulis.az xəbər verir ki, İrlandiya kərə yağının 4.5 xalla birinci olduğu cədvəldə Türkiyə böyük uğura imza atıb.

Trabzon kərə yağı və məşhur türk qaymağı 4.4 xalla siyahının ikinci və üçüncü pillələrində qərarlaşıb.

Qeyd edək ki, qaymağın təqdimatında onun hazırlanma qaydası və istehlak vərdişləri vurğulanaraq xüsusilə camış südündən hazırlanan növünün daha sıx və yağlı teksturası ilə fərqləndiyi qeyd olunub.

# 90 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər