Dünyanın ən qədim batmış gəmisi aşkar edildi

Dünyanın ən qədim batmış gəmisi aşkar edildi
15 oktyabr 2026
# 12:30

Arxeoloqlar Türkiyənin Antalya şəhərinin Kekova adası dəniz sahəsində, təxminən 30 metr dərinlikdə dünyanın ən qədim batmış gəmisini aşkar ediblər.

Kulis.az xəbər verir ki, Erkən Tunc dövrünə aid edilən və 4400–4700 il əvvələ tarixilənən bu tapıntı Misirdəki böyük Qizə Piramidasının inşası ilə eyni dövrə təsadüf edir.

Gəminin ağac gövdəsi dövrümüzədək çatmasa da, dəniz dibində 30-dan çox amfora və üç ədəd daş lövbər üzə çıxarılıb.

Tədqiqatçılar amforaların üzərindəki xüsusi naxış və formanı təhlil edərək batığın yaşını dəqiq müəyyənləşdiriblər.

Qeyd edək ki, bütün tapıntılar bərpa və mühafizə işləri üçün su səthinə çıxarılaraq laboratoriyaya təhvil verilib.

# 84 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər