Daşnakların qətlə yetirdiyi yazıçının kitabı nəşr edildi

Daşnakların qətlə yetirdiyi yazıçının kitabı nəşr edildi
20 noyabr 2026
# 15:04

XX əsrin əvvəllərinin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış Cəfər Bünyadzadənin yazılarından ibarət yeni kitab çapdan çıxıb.

Kulis.az xəbər verir ki, "Elm və təhsil" nəşriyyatında nəşr olunan 388 səhifəlik kitabda müəllifin dövrün müxtəlif mətbuat orqanlarında dərc olunmuş publisistik məqalələri, felyetonları, eləcə də maarifçi və ideoloji əhəmiyyət daşıyan yazıları yer alıb.

Kitabı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rauf Sadıxov və Tural Əlizadə tərtib edib. Əski ərəb qrafikalı mətnlərin transliterasiyası da tərtibçilərə məxsusdur.

Nəşrin elmi redaktoru filologiya elmləri doktoru, professor Vüqar Əhməd, rəyçiləri isə filologiya elmləri doktorları, dosentlər Gülbəniz Babayeva və Səadət Vahabovadır.

# 116 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər