"D’ART Gallery"də ilk sərgi: “Nəsildən-nəsilə”

"D’ART Gallery"də ilk sərgi: “Nəsildən-nəsilə”
26 dekabr 2025
# 16:57

"D’ART Gallery" adlı yeni incəsənət məkanının təqdimat mərasimi və “Nəsildən-nəsilə” adlı ilk sərgisi açılıb.

Kulis.az xəbər verir ki, "D’ART Gallery" sənət, mədəniyyət və yaradıcılıq dialoqu üçün yeni bir məkandır.

Qalereyanın “Nəsildən-nəsilə” adlanan ilk açılış sərgisində Azərbaycanın tanınmış rəssamları ilə yanaşı, orta və gənc nəsil rəngkar, qrafik və heykəltəraşların 50-ə yaxın əsərləri sərgilənir. Bu sərgi Azərbaycan təsviri sənətinin keçmişi ilə bugünü arasında körpü yaradır. Təqdim olunan əsərlər eyni zamanda satışdadır.

Sərgi 2026-cı il yanvarın 18-dək davam edəcək.

# 64 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər