"Bir zamanlar Hollivudda"nın davam filmində Leonardo DiKaprio olmayacaq - Səbəb

"Bir zamanlar Hollivudda"nın davam filmində Leonardo DiKaprio olmayacaq - Səbəb
17 noyabr 2026
# 15:11

Kventin Tarantinonun rejissoru olduğu 2019 tarixli məşhur "Bir Zamanlar Hollivudda" filminin davamı olan "The Further Mis-Adventures of Cliff Booth" layihəsində Leonardo DiKaprionun yer almamasının səbəbləri məlum olub.

Kulis.az xəbər verir ki, bu haqda Bred Pitt Los-Ancelesdəki premyera zamanı açıqlama verib.

Aktyorun sözlərinə görə, Rik Dalton obrazının filmdə qısa bir səhnə ilə də olsa görünməsi böyük istək doğursa da, bu, həftələrlə davam edən ağır protez makiyaj və hazırlıq prosesi tələb edib.

Yaradıcı heyət qısa bir qonaq oyunçu performansı üçün bu qədər vaxt və xərc sərf etməyin məqsədəuyğun olmadığını qərara alıb.

1970-ci illərin Los-Ancelesində cərəyan edən yeni film dublyor Kliff Butun kino aləmindən uzaqlaşaraq barmen kimi fəaliyyət göstərməsindən bəhs edir.

DiKaprionun canlandırdığı Rik Dalton obrazına isə ssenaridə yalnız bir neçə "gizli işarə" və istinadla yer ayrılıb.

Rejissor kürsüsündə Devid Finçerin əyləşdiyi, heyətində Elizabet Debicki, Skott Kaan və Karla Quqinonun yer aldığı film 25 noyabrda IMAX kinoteatrlarında, 23 dekabrda isə "Netflix" platformasında yayımlanacaq.

# 62 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər