Bakıda Xalq artisti Yuri Balıyevin oğlu Artur Balıyev döyülüb.
DİN mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Lent.az-a bildirib ki, insidentlə bağlı ərazi Polis Şöbəsində zərərçəkən A.Balıyevin izahatı alınıb.
Onun sözlərinə görə, aralarında yaranan mübahisə zamanı ona xəsarət yetirməkdə şübhəli bilinən T.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma davam etdirilir.