XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri
30 oktyabr 2026
# 17:30

Fransa kralı XVI Lüdovikin dövründə təşkil edilən məşhur dəniz ekspedisiyası ilə bağlı nadir sənədlər üzə çıxıb.

Kulis.az xəbər verir ki, 1785-ci ildə dünya səyahətinə göndərilən ekspedisiyada iştirak edən fransız alimi Jan-Andre Monjezin şəxsi məktubları təsadüfən tapılıb.

Məktublar alim tərəfindən aristokrat ailədən olan Luiza Viktoriya Le Klustiyeyə ünvanlanıb. Onların daha əvvəl üzə çıxmamasının səbəbi sənədlərin köhnə qravüra kitabının arasında gizlədilməsidir. Hərraca hazırlanan kitab araşdırılarkən məktublar aşkarlanıb.

Hadisənin maraqlı tərəfi məktubların yalnız tarixi ekspedisiyaya dair məlumatlar deyil, həm də şəxsi münasibətlərin izlərini daşımasıdır. Monjez məktublarında qadına olan hisslərindən, ayrılıqdan və keçmiş davranışlarından peşmanlığından yazıb. Tədqiqatçıların fikrincə, onun təhlükəli dəniz səyahətinə qoşulmasının şəxsi səbəbləri də ola bilərdi.

Xatırladaq ki, Jan-Fransua de Qalop, qraf La Peruzun rəhbərlik etdiyi ekspedisiya 1785-ci ildə Brestdən yola çıxmışdı. İki gəmi – “La Boussole” və “L'Astrolabe” – müxtəlif ölkələrin sahillərini və Sakit okean bölgələrini araşdırmaq üçün göndərilmişdi. Gəmilər 1788-ci ildə Avstraliyanın Botanika körfəzi ərazisindən ayrıldıqdan sonra yoxa çıxmış, onların qalıqları yalnız xeyli sonralar müəyyənləşdirilmişdi.

XVI Lüdovikin edamından az əvvəl ekspedisiyanın taleyi barədə xəbər soruşduğu da tarixdə qeyd olunur. Yeni tapılan məktublar isə bu böyük səyahətin yalnız elmi və siyasi məqsədlərdən ibarət olmadığını, onun iştirakçılarının şəxsi duyğularını da ortaya çıxarır.

Sənədlər noyabrın 17-də Parisdə hərraca çıxarılacaq. Məktubların ilkin qiyməti 30–50 min avro arasında müəyyənləşdirilib.

# 110 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər