Bağdadın Tell Məhəmməd ərazisində aparılan qazıntılar zamanı Babil kralı Hammurabi dövrünə (e.ə. 2000–1600) aid qədim istehkamlar və çörək-pivə istehsalı sahələri aşkar edilib.
Kulis.az xəbər verir ki, arxeoloqlar qədim Mesopotamiya pivəsi olan "kur" pivəsinin istehsalına və arpa alqı-satqısına dair mühüm bir gil lövhə tapıblar.
2022-ci ildən davam edən bu kəşflər əsasında yaradılan yeni arxeoloji park Bağdadın mədəni irsinin qorunmasına və turizmin inkişafına xidmət edir.