Azərbaycanlı ictimai xadim vəfat etdi

Ramiz Abutalıbov

Ramiz Abutalıbov

2 yanvar 2022
# 01:10

Tanınmış Azərbaycan diplomatı, ictimai xadim Ramiz Abutalıbov 85 yaşında dünyasını dəyişib.

Bu barədə kulis.az-a rejissor Tahir Tahiroviç məlumat verib. O, bildirib ki, Ramiz Abutalıbov Moskvada vəfat edib.

Ramiz Abutalıbov müxtəlif illərdə SSRİ Xarici İşlər Nazirliyində, UNESCO-da çalışıb. Azərbaycan emiqrasiyasının tarixinə həsr olunmuş əsərlərin müəllifidir.

O, Fransanın Fəxri Legion Ordeninə və “Puşkin” medalına layiq görülüb.

Allah rəhmət etsin

# 1793 dəfə oxunub

Müəllifin son yazıları

# # #