Azərbaycanlı fotoqrafın Romada sərgisi açıldı

Azərbaycanlı fotoqrafın Romada sərgisi açıldı
8 iyun 2026
# 14:55

İtaliyanın paytaxtı Romadakı “Medina Art Gallery” qalereyasında azərbaycanlı fotoqraf Aydın Mehdiyevin “Azərbaycanın daş mühafizəçiləri” adlı fərdi fotosərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgi “Palazzo Mandrilli” qalereyasının təşkilatçılığı ilə baş tutub.

Sərgidə təqdim olunan fotoşəkillər ifadəliliyi ilə diqqətçəkən təbii formaları əks etdirir.

Aydın Mehdiyev texniki elmlər doktoru, gömrük xidməti polkovniki və 2025-ci ilin aprel ayında Beynəlxalq İncəsənət Fotoqrafları Assosiasiyası (IAAP) tərəfindən “Titan” adına layiq görülmüş tanınmış fotoqrafdır.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər