Almatı İncəsənət Muzeyi fəaliyyətə başladı

Almatı İncəsənət Muzeyi  fəaliyyətə başladı
13 oktyabr 2025
# 10:25

Almatıda yeni müasir incəsənət muzeyi açılıb.

Kulis.az xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində müasir və çağdaş sənətə həsr olunmuş Almatı İncəsənət Muzeyi fəaliyyətə başlayıb.

İş adamı Nurlan Smaqulov tərəfindən qurulan muzeydə yerli və beynəlxalq sənətçilərə məxsus 700-dən artıq əsər sərgilənir.

Tyan-Şan dağlarının fonunda yerləşən futuristik bina memarlıq baxımından da diqqət çəkir.

Açılışda Almagül Menlibayevanın retrospektivi və “Qonaqlar” adlı regional sərgi təqdim olunub.

Qeyd edək ki, muzey, Orta Asiyada incəsənət üçün yeni bir mərkəz olmağı hədəfləyir.

# 130 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər