Milli Kitabxanada görkəmli türkoloq-alim, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Akademik Tofiq Hacıyev – 90” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kulis.az xəbər verir ki, sərgidə akademikin türkologiya sahəsindəki irihəcmli araşdırmaları, Azərbaycan ədəbi dilinin tarixi dövrlər üzrə təhlili haqqında, ana dili, nitq mədəniyyətləri, dil normaları, düzgün tələffüz və dilçiliklə bağlı sanballı dərslikləri, fundamental monoqrafiyaları, tərcümələri, elmi-publisistik məqalələrindən ibarət nəşrləri, həyat və elmi-pedaqoji fəaliyyəti haqqında ədəbiyyatlar, Akademik Tofiq Hacıyevin dilçilik görüşləri, filoloji görüşləri və s. mövzularda elmi tədqiqat işləri nümayiş olunur.