Məşhur müğənni yatağa düşən şairəyə baş çəkdi - Foto

Məşhur müğənni yatağa düşən şairəyə baş çəkdi - Foto
6 aprel 2020
# 10:20

Tanınmış şairə Zərxanım Ülvinin səhətti ağırlaşıb.

Kulis.az xəbər verir ki, bu barədə tanınmış müğənni Tacir Şahmalıoğlu məlmat verib. O bildirib ki, Zərxanım Ülvi artıq uzun müddətdir yataq xəstəsidir. Sənətçi həmkarlarını şairə maddi dəstək olmağa çağırıb:

“Azərbaycanın məşhur şairəsi bu gün yataq xəstəsidir. Mən bütün xalqıma müraciət edirəm, Zərxanım Ülviyə kömək etmək lazımdır. Xüsusilə də üzümü tuturam, onun sözlərinə mahnı oxuyan sənət dostlarıma. Bu xanımdan əlimizdən gələn köməkliyi əsirgəməyək”.

Qeyd edək ki, Zərxanım Ülvi bir çox məşhur mahnıların söz yazarıdır. 4 kitab müəllifidir. Onun şeirləri mütəmadi olaraq dövrü mətbuatda, o cümlədən Türkiyədə çap olunub.

Gallery

Gallery

# 4110 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #