III Regional Xor Müsabiqəsinin Qala konserti keçirildi

III Regional Xor Müsabiqəsinin Qala konserti keçirildi
16 may 2024
# 17:00

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Mərkəzi Aran və Mil-Muğan Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik İli”nə həsr olunmuş “Hər yanı gülşən Azərbaycan” adlı III Regional Xor Müsabiqəsinin Saatlı rayon Mədəniyyət Mərkəzində Qala konserti keçirilib.
Kulis.az xəbər verir ki, III Regional Xor Müsabiqəsində hər iki regional idarədən 16 uşaq musiqi və incəsənət məktəbinin xor kollektivi uğurla iştirak edib.

Qeyd edək ki, müsabiqənin münsiflər heyətində Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Xalq artisti Gülbacı İmanova, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, əməkdar incəsənət xadimi Dilarə Əliyeva və Bakı Musiqi Akademiyasının dosenti, əməkdar müəllim Aqil Qafulov təmsil olunub.

Tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, Mil-Muğan Regional Mədəniyyət İdarənin rəisi Faiq Xudanlı, müsabiqənin münsiflər heyətinin üzvləri, tanınmış mədəniyyət adamları, rayon ictiamiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi hissəsində Mil-Muğan Regional Mədəniyyət İdarənin rəisi Faiq Xudanlı gələn qonaqları salamlayaraq müsabiqədə qalib olmuş xor kollektivlərini təbrik edib.

Tədbirin konsert hissəsində qalib olan xor kollektivlərinin, uşaq musiqi, incəsənət məktəblərinin uşaqlardan ibarət xalq çalğı alətləri ansambllarının ifasında bir-birindən maraqlı musiqi nömrələri, eyni zamanda Saatlı rayon “Adıgün” Türk Xalq Folklor kollektivinin ifasında rəqs nömrələri nümayiş olunub.

Qala konsertinin mükafatlandırılma hissəsində Kürdəmir şəhər Uşaq İncəsənət Məktəbinin xor kollektivi Qran-pri mükafatı, Mingəçevir şəhər Ü.Hacıbəyli adına 1 nömrəli onbirillik musiqi məktəbinin xor kollektivi I dərəcəli diplom, Ağdaş şəhər 1 nömrəli uşaq musiqi məktəbinin xor kollektivi II dərəcəli diplom, Göyçay şəhər A.Məmmədov adına Uşaq musiqi məktəbinin xor kollektivi III dərəcəli diplomla, eyni zamanda Beyləqan şəhər Niyazi adına Uşaq musiqi məktəbinin və Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbinin

# 2059 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər