Şair-tərcüməçi Akif Əhmədgil Qazaxıstanın nüfuzlu “Alaş” mükafatından imtina edib.
Kulis.az “525-ci qəzet”ə istinadla xəbər verir ki, buna səbəb Qazaxıstan gömrüyündə şair üçün yaranan problem olub.
Belə ki, A.Əhmədgil Qırğızıstanın taciklərlə toqquşmada 35 nəfər öldürülən Batken şəhərində olduğu üçün onu Bişkekdən Almatıya buraxmayıblar və üç gün aeroportda saxlayıblar.
- Dramaturq səhnədən yıxılıb öldü
- Gənc yazarın ilk şeirlər kitabı nəşr edildi
- [b]Məşhurların ilk seks xatirələri[/b] - FOTO
Qazaxıstan Yazıçılar Birliyi sədrinin zəngləri də işə yaramayıb və nəticədə Akif Əhmədgil mükafatdan imtina etdiyini bildirərək, Azərbaycana dönüb.
Xatırladaq ki, Akif Əhmədgil qazax dilindən tərcümələri və Oljes Süleymenovla yaxın münasibəti ilə tanınır.