Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsinin dəstəyi ilə keçirilən 14-cü Boğaziçi Film Festivalı mükafatlandırma mərasimi ilə başa çatıb.
Kulis.az xəbər verir ki, rejissor Əli Özəlin ekranlaşdırdığı "Beklenti" filmi dörd "Qızıl yunus" mükafatı qazanaraq gecənin əsas qalibi olub.
Sözügedən ekran işi "Ən yaxşı film", "Ən yaxşı rejissor", "Ən yaxşı aktrisa" (Duyğu Şən) və "Ən yaxşı prodüser" mükafatlarına layiq görülüb.
"Mütemmim Cüz" filmi "Ən yaxşı ssenari" (Abdullah Şahin) və "Ən yaxşı aktyor" mükafatlarını qazanıb; film tamamlanmadan vəfat edən aktyor Kənan Gülərin mükafatını qızı Tuba Gülər təhvil alıb.
Milli sənədli film kateqoriyasında Əli Rza Avcının "Katran" ekran işi, qısametrajlı film yarışmasında isə Mahmud Zeynin "Love Bites" filmi böyük mükafatın sahibi olub.
Valentina Morelin "Forever Your Maternal Animal" filmi həm "Ən yaxşı film", həm də "Ən yaxşı rejissor" nominasiyalarında qalib gəlib.