15 əsrlik abidənin son vəziyyəti - "Mersinin Ayasofiyası"

15 əsrlik abidənin son vəziyyəti - "Mersinin Ayasofiyası"
13 avqust 2026
# 14:20

Türkiyənin Mersin şəhərində yerləşən və 5-ci əsrə aid edilən “Alahan” monastırı təxminən 15 əsrlik tarixi ilə UNESCO-nun Ümumdünya İrsi Namizəd Siyahısında yer almaqdadır.

Kulis.az xəbər verir ki, məşhur səyyah Evliya Çələbinin "Səyahətnamə" əsərində "Ustasının əlindən yeni çıxmış kimi durur" sözləri ilə təsvir etdiyi monastır isti hava şəraitinə baxmayaraq, yerli və xarici turistlərin böyük marağına səbəb olur.

Erkən xristianlıq dövrünün vacib zəvvarlıq marşrutu üzərində yerləşən və "Mersinin Ayasofiyası" kimi tanınan abidə kompleksi dağılmış iki kilsə, qayalarda oyulmuş rahib otaqları və vəftizxana korpusundan ibarətdir.

Monastırın əsasının 4-cü və 5-ci əsrlərdə Müqəddəs Paulus və Barnabas tərəfindən qoyulduğu bildirilir.

Abidə zəngin daş yonma bəzəkləri və özünəməxsus memarlıq üslubu ilə artıq 26 ildir ki, UNESCO-nun namizəd siyahısındakı yerini qoruyub saxlayır.






# 77 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər