"Möhtəşəm Qetsbi"nin davamı nəşr olundu

"Möhtəşəm Qetsbi"nin davamı nəşr olundu
8 yanvar 2021
# 15:01

Frensis Skott Fitsceraldın "Möhtəşəm Qetsbi" romanının prikveli amerikalı yazıçı Maykl Farris Smit tərəfindən yazılmış "Nik" romanı ABŞ-da yayımlanıb.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, müəllif kitabı bir müddət əvvəl yazıb bitirsə də, bu ilin ilk gününün başa çatmasını gözləməli olub. 2021-ci il yanvarın birində “Möhtəşəm Getsbi” kitabının müəllifi Frensis Skott Fitsceraldın romana olan müəllifliyi tam şəkildə başa çatıb.

Kitab 25 fevraldan etibarən İngiltərənin kitab mağazalarında da satışa çıxacaq.

Xatırladaq ki, roman tənqidçilər tərəfindən ziddiyyətli rəylər alıb. “Town & Country” nəşri “Nik” romanını Fitsceraldın yaradıcılığına ziyarət və Nik Karraueyin qaranlıq keçmişini ortaya qoyan yaxşı yazılmış bir roman adlandırdı. “Los Angeles Times” tənqidçisi isə əksinə, kitabı kobud və ehtiyatsız cəhd hesab edib.

# 1613 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #