“HBO” telekanalının böyük maraqla gözlənilən yeni "Harry Potter" serialının ikinci mövsümündə aktyor heyətində dəyişiklik baş verib.
Kulis.az xəbər verir ki, "Game of Thrones" ulduzu Kit Harinqton Qilderoy Lokhart obrazını canlandırmaq üçün layihəyə daxil olub.
Avqustun əvvəlində bu rola təsdiqləndiyi elan edilən 36 yaşlı aktyor Nikolas Holt çəkiliş cədvəlindəki uzlaşmazlıqlar səbəbindən layihədən ayrılmaq məcburiyyətində qalıb.
"Harry Potter"in rəsmi sosial şəbəkə hesablarında verilən açıqlamada 39 yaşlı britaniyalı aktyor Kit Harinqtonun rolu təhvil aldığı bildirilib.
Bu dəyişiklik Ginni Uizli obrazını canlandıran gənc aktrisa Qreysi Kokreynin gözlənilməz səbəblərdən heyətdən ayrılmasından dərhal sonra baş verib.
Serialın "Harri Potter və Fəlsəfə Daşı" kitabına əsaslanan ilk mövsümü yeni il mövsümündə “HBO Max” platformasında izləyicilərə təqdim olunacaq.
Kino
-
Ana səhifə
- Kino