“Gecə-Gecə” serialının final seriyası olacaq “Bir zamanlar Abşeronda” adlı qısametrajlı filmin çəkilişləri başa çatıb.
Kulis.az xəbər verir ki, layihənin ssenari müəllifi və baş prodüseri Əli Ucal, quruluşçu rejissoru Elvin Rüstəmzadə, quruluşçu operatoru isə Şahmar Səfəroğludur.
Ekran işində əsas rolları Elvin İbra, Məmməd Məmmədov və Nihad Heybətov canlandırır.
Çəkilişlər Buzovna və Keşlə qəsəbələrində aparılıb. Təxminən 25–30 dəqiqəlik filmin Novruz bayramına qədər yutubda Əli Ucalın rəsmi kanalında yayımlanması planlaşdırılır.