Emir Kusturitsa: "Kommersiya uğuru hər zaman həqiqi keyfiyyət demək deyil..."

Emir Kusturitsa:  "Kommersiya uğuru hər zaman həqiqi keyfiyyət demək deyil..."
17 mart 2026
# 13:00

Tanınmış rejissor Emir Kusturitsa güclü və səmimi filmlərin yaradılmasının vacibliyindən danışıb.

"Qazeta.ru"nun məlumatına görə, o, bu fikri Xantı-Mansiyskdə keçirilən “Od ruhu” kino festivalının işgüzar proqramı çərçivəsində təşkil olunan müzakirədə səsləndirib.

Kusturitsa bunu müasir kino sənayesində tamaşaçı diqqəti uğrunda artan rəqabətlə izah edib.

“Bu səbəbdən xüsusilə vacibdir ki, çoxlu yaxşı filmlər — insanlarla dəyərlər və mənalar haqqında danışa bilən səmimi, güclü hekayələr yaradılsın. Kommersiya uğuru hər zaman həqiqi keyfiyyət demək deyil, lakin həqiqətən yaxşı film tamaşaçının qəlbində qalır və mədəniyyətin bir hissəsinə çevrilir”, - deyə rejissor bildirib.

# 76 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər