"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə
1 aprel 2026
# 12:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Mehdi Dostəlizadənin "Sina səhrasında ölüm" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Dövlət olmaq budur, cənablar!" - İlham Əziz

İlham Əziz:

"Hekayə “Quran” motivləri əsasında ustalıqla yazılıb. Oxuyanda sevindim. Sevindim ki, gənc bir adam bu məsuliyyətin altına girməkdən qorxmayıb. Mehdinin bu cür silsilə hekayələri var. Məncə, o, ozünü bu müstəvidə rahat hiss edir. Bu, çox vacib məsələdir. Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir. Hekayənin dili çox yaxşıdır. Detallara təkrar-təkrar qayıtması mətnin üstündəki hakimiyyətinin nəticəsidir. Dünyada bu dəqiqə gedən proseslərə dini mətnlərin işığında işarə edib. Mehdi istedadlıdır, sakitdir, israrlıdır. Mən ondan çoxlu sanballı mətnlər gözləyirəm".

Dağ tülküsü”nün sonu - Alpay Azər

Alpay Azər:

"Mehdi Dostəlizadənin hekayəsi Tövrat rəvayətləri əsasında yazılıb. Açığı, istedadlı Mehdinin bu hekayəsində nasir təxəyyülünün gücünü, görə bilmədim. Ümumiyyətlə, müəllifin nəyi demək istədiyini özümçün tam anışdırammadım. Əsərin ideyası "Öldürmə" zikrinə söykənirsə, onda fərqli süjet xəttinə üstünlük verilməliydi".

Balalarımızın taleyinə biganə yanaşılmasın – Sevinc Elsevər yazır...

Sevinc Elsevər:

"Mehdi istedadlı oğlandır. Qədim dünya tarixinin mövzularına üz tutmağı da nəsə maraqlıdır. Gənc bir adam kimi müasirlərindən, günümüzdən, yaşıdlarından yazsa, daha çox maraqlı olar, məncə. Məsələn, mənə bir oxucu kimi 20 yaşlı gənclərin dünyası maraqlıdır. Hansı ki onu bu gənc yaza bilər. Hər mövzunu öz zamanında yazmaq yaxşıdır. Məsələn, mən 20 yaşımda yazdığım mətnləri indi yaza bilmərəm. Çox qocayam artıq o mövzuları yazmağa. O cür hiss edə bilmərəm. İndi yazdıqlarımı da yetmişimdə yaza bilməyəcəm".

Qırmızı “qnişka” - Babək Məmmədlinin yeni hekayəsi

Babək Məmmədli:

"Mehdi maraqlı və istedadlı yazıçıdır. Bu günə qədər ondan oxuduğum hər iki hekayəsində də dini narrativləri ədəbiyyata uğurla transfer edə bilib. Bu hekayələrin mistik atmosferi oxucunu sona qədər mətndən qopmağa qoymur. Dənizin duzluluğundan əmin olmaq üçün bir udum dəniz suyu bəs etdiyi kimi bu hekayələr də Mehdinin ustalığının təsdiqidir. Bir yazıçıya onu yazma, bunu yaz deyəcək qədər səfeh deyiləm, ancaq, Mehdi kimi parlaq istedad sahibinin mövhumatın deyil, sekulyar dəyərlərin yanında olmasını arzu edirəm. İnanıram ki, Mehdi bir gün özünün cəmiyyətdəki yerini və missiyasını dəqiq təyin edib mədəniyyətimizə Mehdi Dostəlizadə imzasını qazandıracaq".

Sevgi şərhi - Fərhad Amurun hekayəsi

Fərhad Amur:

"Mehdidən oxuduğum üçüncü hekayədir. Üçü də bir-birindən gözəl. Bu hekayəsi də çox xoşuma gəldi. Mehdi, antik dövrü, qədim Misiri, yəhudiliyi, ümumilikdə orta şərq coğrafiyasını, min illər əvvəlki həyatı, müharibələri, əsgərləri, kölələri ilə fantastik, metafizik qatlarla, o tarixdə o həyatı yaşamış kimi özündən üslub və rəng qataraq çox gözəl təsvir edir. Xəyal gücü, dünya yozumu özünəməxsusdur. Hadisələr, xarakterlər, təsvirlər çox canlıdır. Bir sözlə, çox bəyəndim".

# 221 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər