Namiq Dəlidağlının Qırğızıstanda kitabı nəşr edildi

Namiq Dəlidağlının Qırğızıstanda kitabı nəşr edildi
31 mart 2026
# 14:00

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Namiq Dəlidağlının Qırğızıstanda “Men ubakıttan utuldum” (“Mən zamana uduzdum”) adlı şeirlər kitabı nəşr olunub.

Kulis.az xəbər verir ki, Qırğızıstan Yazıçılar Birliyi Oş vilayəti bölməsinin tövsiyəsi və həmin bölmənin rəhbəri, Oş Dövlət Universitetinin müəllimi Bermet Zakirovanın rəyi əsasında nəşr edilən bu kitab, eyni zamanda iki qardaş xalq arasında qurulan ədəbi körpülərin möhkəmləndiyini göstərən, sözün sərhəd tanımadığını sübut edən mənəvi bir görüş, qələm adamlarının ədəbiyyata və ulu sözə olan ehtiramının təzahürüdür.

Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Muqimcon Nurboyevdir.

Qeyd edək ki, Namiq Dəlidağlının indiyədək “Ağ gecənin nağılı”, “Otel otağından reportaj”, “Əllidə ələnənlər”, “Sevgi sukunti” (“Sevgi sükutu”) (Özbəkistan) adlı şeir kitabları, Şuşa fatehlərindən olan şəhid Sahib Musayevin qəhrəmanlığından bəhs edən “Bitməyən ömrün yarımçıq gündəliyi” publisistik toplusu, eləcə də “Namiq Dəlidağlı – Sözdə görünən adam” portret cizgiləri kitabı işıq üzü görüb. O, həmçinin dörd publisistik toplunun həmmüəllifidir.

Namiq Dəlidağlı eyni zamanda bir çox kitabın redaktoru, tərtibçisi və ön söz müəllifidir. Onun şeir və məqalələri ABŞ, Cənubi Koreya, Türkiyə, Pakistan, Orta Asiya, eləcə də bir sıra Avropa ölkələrinin mətbuatında ardıcıl dərc olunur. Şeirləri həm Azərbaycanda, həm də xaricdə nəşr edilən müxtəlif ədəbi toplularda yer alıb.

“Men ubakıttan utuldum” şeirlər toplusu müəllifin ölkə xaricində nəşr olunan sayca ikinci kitabıdır.

# 1247 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər