Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ənənəvi kitab sərgisi açıldı

Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ənənəvi kitab sərgisi açıldı
31 mart 2026
# 13:30

Milli Kitabxanada “31 mart - Tarixi yaddaşımızdan silinməyən soyqırım” adlı virtual sərgi, “31 mart - Azərbaycanlıların Sоyqırımı Günü” adlı elektron məlumat bazası və eyniadlı geniş ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, virtual sərgidə Azərbaycanlılara qarşı törədilmiş qanlı faciə - 31 mart soyqırımı haqqında rəsmi sənədlər, erməni-daşnak silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri əks etdirən fotoşəkillər, azğınlaşmış erməni-bolşevik silahlı dəstələri tərəfindən Bakı, Şamaxı şəhərləri və Şamaxı, Göyçay, Cavad qəzalarının kəndlərində on minlərlə dinc azərbaycanlı əhalinin qətlə yetirilməsi və s. dəhşətli faciədən bəhs edən dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Elektron məlumat bazasında sistemləşdirilmiş tammətnli resurslar “Unudulmaz faciə”, “Rəsmi sənədlər”, “Soyqırım haqqında fikirlər”, “Hadisələrin gedişi”, “Siyasi-hüquqi qiymətləndirmə”, “Kütləvi repressiyaların qanlı tarixi”, “Kitablar”, “Məqalələr”, “Filmoqrafiya” və “Soyqırım yaddaşlarda” bölmələrində onlayn istifadəçilərə təqdim edilir.

Ənənəvi kitab sərgisi bir həftə davam edəcək.

# 1117 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər