Maqsud İbrahimbəyovun kitabının təqdimatı olacaq

Maqsud İbrahimbəyovun kitabının təqdimatı olacaq
1 aprel 2026
# 13:30

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Xalq yazıçısı, dövlət mükafatı laureatı, görkəmli ictimai xadim Maqsud İbrahimbəyovun “Qora libosli ayol tashrifi” (Qara paltarlı qadın) adlı əsərinin özbək dilində nəşrinin təqdimatı keçiriləcək.

Kulis.az xəbər verir ki, “Qora libosli ayol tashrifi” əsəri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi çərçivəsində özbək dilinə tərcümə edilərək nəşr olunub.

Tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr truppası tərəfindən əsərin motivləri əsasında hazırlanmış teatrlaşdırılmış səhnə kompozisiyasının nümayişi planlaşdırılır.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər