AYB-də “Vəkilovlar”, “Xaqani”, “Füzuli” komissiyaları yaradıldı

AYB-də “Vəkilovlar”, “Xaqani”, “Füzuli” komissiyaları yaradıldı
29 iyun 2016
# 16:29

Azərbaycan Yazıçılar Birliyində yeni Komissiyalar yaradıldı. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin yaydığı məlumata görə qurumun katibliyi tərəfindən yeni Komissiyaların yaradılması ilə bağlı qərar qəbul edilib.

Komissiyaların hədəfi müxtəlif bölgələrdə, ilin müxtəlif vaxtlarında Poeziya günlərinin təşkil etməkdir. Yeni yaradılmış Komissiyalar Mikayıl Müşfiq, Vəkilovlar, Xaqani və Füzuli Komissiyalarıdır. Vəkilovlar Komissiyası Azərbaycanın görkəmli imzaları – Səməd Vurğun, Yusif Səmədoğlu və Vaqif Səmədoğlunun adını daşıyacaq.

Vəkilovlar Komissiyasının sədri millət vəkili, professor Nizami Cəfərov seçilib. Klassik ədəbiyyatımızın görkəmli nümayəndələri Əfzələddin Xaqaninin adını daşıyan Xaqani Komissiyasına yazıçı Elçin Hüseynbəyli, Məhəmməd Füzulinin adını daşıyan Füzuli Komissiyasına yazıçı Aqil Abbas, Mikayıl Müşfiq Komissiyasına şair, publisist Xəyal Rza sədr seçilib./oxuzali.az/

# 840 dəfə oxunub

Müəllifin son yazıları

# # #