Tanınmış satirik müharibədən şeir yazdı

Tanınmış satirik müharibədən şeir yazdı
3 may 2016
# 10:18

Kulis.az tanınmış satirik-qəzəlxan Əvəz Qurbanlının müharibədən bəhs edən “Vururuq” rədifli qəzəlini təqdim edir.

Təqvimə hər günü ki körpə ahıynan vururuq -

O qisas günlərin artan siyahıynan vururuq.

Tarixindən güc alan məmləkətin övladıyıq,

Dünəni olmayanı yox sabahıynan vururuq.

Demə ki, erməni-türk qovğasını rus çıxarıb,

Biz elə ermənini rus silahıynan vururuq!

Günahı olmayanı bizdə günahdır vurmaq

Kimisə vursaq əgər, öz günahıynan vururuq.

Kim minir özgə atın, at qoyuruq mat qoyuruq,

Kim qaçırdır şahını, biz də şahıynan vururuq.

Vururuq, günləri toqquşdururuq badə kimi,

O GÜN üçün bəyazıynan, siyahıynan vururuq.

İçki düşkünləri zənn eyləmisiz yoxsa bizi?

Biz ki Xankəndidə sağlıq tamahıynan vururuq!

Əvəzi yozma ki, söz əhli deyərlər bizə də

Hər sözün vurğusunu öz izahıynan vururuq.

# 936 dəfə oxunub

Müəllifin son yazıları

# # #