"Spotify" şirkətinin təsisçisi və hazırkı baş direktoru Daniel Ek vəzifəsini tərk etmək qərarına gəlib.
Kulis.az xəbər verir ki, Daniel Ek 2026-cı ilin 1 yanvar tarixindən etibarən şirkətin icraedici sədri vəzifəsini yerinə yetirəcək.
Yeni vəzifəsində o, "Spotify"ın uzunmüddətli strategiyası və əsas investisiya qərarlarının hazırlanmasına rəhbərlik edəcək.
Qeyd edək ki, "Spotify" 2006-cı ildə Daniel Ek və Martin Lorentzon tərəfindən yaradılıb.