"Rus ruleti" oynayan ingilis yazıçı - Fidel Kastro Qrinin hansı romanını bəyənməmişdi?

"Rus ruleti" oynayan ingilis yazıçı - Fidel Kastro Qrinin hansı romanını bəyənməmişdi?
2 oktyabr 2025
# 11:55

2 oktyabr ingilis yazıçı Henri Qrem Qrinin doğum günüdür.

Kulis.az bu münasibətlə ədibin həyatı və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Qrem Qrinin casusluq romanları və siyasi mövzulu əsərləri 20-ci əsrin ən önəmli ədəbi nümunələri sayılır. 1904-cü ildə İngiltərənin Berkhamsted şəhərində doğulan Qrin, 1920-ci illərin sonlarından 1991-ci ildə vəfatına qədər çoxsaylı əsərlər yaradıb. Onun "Brighton Rock" əsəri insanlıqdakı mənəvi çətinlikləri açıq şəkildə üzə çıxarır, "Havanadakı adamımız" isə Kubada keçən siyasi satira nümunəsidir.

Qrinin məktəblə münasibətləri çox pis idi. Oxuduğu məktəbin müdiri olan atası ilə çətin münasibətləri və özünə qapanmış xarakteri onun gənclik illərini depressiya və intihar cəhdləri ilə dolu edib. 16 yaşında psixoterapiyaya göndərilib. Lakin intihara meylliliyi həyatı boyu davam edib və bir neçə il sonra pozulmuş münasibətlərindən sonra mütəmadi olaraq "rus ruleti" oynamağa başlayıb.

1930-cu illərdə yazarlıqla yanaşı kino tənqidçisi kimi də fəaliyyət göstərib.

Cənubi Amerika diktatorları onun əsərlərindən heç də məmnun deyildilər. Fidel Kastro "Kubadakı adamımız" romanını bəyənməmişdi.

Qrin 1966-cı ildə Duvalyein Haitidə qurduğu diktator rejimini və gizli polis qüvvəsi Tonton Makutun qəddarlığını da sərt şəkildə tənqid etmişdi. Bu, Duvalyenin qəzəbinə səbəb olmuş və Qrinə qarşı təhqir kampaniyası başlatmışdı. Yazıçının öz avtobioqrafiyasında qeyd etdiyi kimi, Duvalye onu "yalançı, casus, ağlını itirmiş dəli" kimi xarakterizə etmişdi.

Qrem Qrin özünü həm jurnalist, həm də yazıçı kimi tanıtdığından, dünyanın müxtəlif ölkələrinə rahat səfərlər edib. II Dünya Müharibəsi zamanı İngiltərənin MI6 kəşfiyyat xidmətində fəaliyyət göstərmiş, Sierra Leonedə casusluq işi ilə məşğul olub. Bu təcrübələr onun romanlarına xüsusi rəng qatıb. Qrinin MI6-də yoldaşı Kim Filbi idi; Filbi isə 30 il boyunca Sovetlərə casusluq etmiş ikitərəfli agent idi. Bu, Qrinin həyatını daha da maraqlı edib.

Bir çoxları üçün belə bir ikitərəfli casusun dostu olmaq dostluğun bitməsi demək olardı, amma Qrin bu əlaqəni Moskva sürgünündə olarkən də davam etdirib və hətta Filbinin 1968-ci ildə çap olunan xatirələr kitabına ön söz yazıb.

Bəzi tənqidçilər bu dostluğun Qrinin Nobel mükafatını qazanmasına mane olduğunu düşünürlər.

Qrem Qrin özünü "katolik yazıçı" kimi yox, "katolik mövzularını işləyən yazıçı" kimi tanıtdırıb.

Qrem Qrin həm həyatı, həm də əsərləri ilə ədəbi dünyada unikallığını qoruyan, özünəməxsus və bəzən də qəribə həyat hekayəsi ilə yadda qalan yazarlardandır.

# 1159 dəfə oxunub

Oxşar xəbərlər

Qızını itirdi, özü ağır xəstə idi, amma yenə səhnəyə çıxdı – Şövkət Ələkbərova kimdir?

Qızını itirdi, özü ağır xəstə idi, amma yenə səhnəyə çıxdı – Şövkət Ələkbərova kimdir?

13:00 20 oktyabr 2026
Miri Rəsulzadənin yeni kitabı çap olundu

Miri Rəsulzadənin yeni kitabı çap olundu

12:59 20 oktyabr 2026
Azərbaycan əsilli rusiyalı reper Navai Qazaxıstandan deportasiya olundu

Azərbaycan əsilli rusiyalı reper Navai Qazaxıstandan deportasiya olundu

12:53 20 oktyabr 2026
Atatürkün  "Nutuk"u 8 xarici dildə nəşr olundu

Atatürkün "Nutuk"u 8 xarici dildə nəşr olundu

12:40 20 oktyabr 2026
"Övladımı itirdiyim üçün çox kədərliyəm..." - Məşhur model oğlunun ölümündən sonra danışdı

"Övladımı itirdiyim üçün çox kədərliyəm..." - Məşhur model oğlunun ölümündən sonra danışdı

12:20 20 oktyabr 2026
“Çap olunacağını düşünmürdüm” - Sadaq Budaqlıdan "Master və Marqarita" etirafı

“Çap olunacağını düşünmürdüm” - Sadaq Budaqlıdan "Master və Marqarita" etirafı

12:05 20 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər