Azərbaycan 16-cı Yörük Türkmən Festivalında təmsil olunub

Azərbaycan 16-cı Yörük Türkmən Festivalında təmsil olunub
9 sentyabr 2025
# 14:00

Azərbaycan Türkiyənin Muğla vilayətində keçirilən 16-cı Yörük Türkmən Festivalında təmsil olunub.

Kulis.az xəbər verir ki, bölgənin mədəni həyatında mühüm rol oynayan bu tədbir Muğla Böyükşəhər Bələdiyyəsi, Muğla Valiliyi və bu şəhərdə fəaliyyət göstərən Yörük Türkmən Dərnəyi tərəfindən Menteşe Düzeyn Yaylasında keçirilib.

Festival çərçivəsində bir sıra ölkələrlə yanaşı, Azərbaycan mədəniyyətini özündə əks etdirən xüsusi stend də açılıb.

Qeyd edək ki, bədii hissə ilə davam edən festivalda Türkiyənin bir sıra bölgələrinin folklor kollektivlərinin çıxışları olub.

# 177 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər