Sevgimə fasilə vermişəm

Sevgimə fasilə vermişəm
27 mart 2013
# 13:04

Günay Novruz

Telefonunuz borcdan bağlıdı

Mesaj səhifəsində yazılan şerlər,

Güzgü tutar dünənimizə.

Elə bilmə ki, yazılarım sənə gələr,

Ya da ki, sənə yollanılmaq üçün yazılar

Yox...

-əllərim gecələr telefonu qucaqlar,

telefon əlimdən...

-əlim də telefondan zövq alar.

İndi yalnız gecələr səni düşünərəm,

Yalnız gecələr yazıram indi.

Bir gözüm açıq, biri yumulu

Yuxuda üzən dəniz qulduru...

-ya mən fərqi yoxdu indi.

Sənli də beləyəm, sənsiz də belə

Gülmə mənə!

Bir aydı kontur yükləmirəm nömrəmə.

Gülmə!

Bir aydı ki, fasilə vermişəm sevgimə,

Bax, beləcə zəng çatmır *******-ə.

# 1960 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #