Qaçqın adıyla ləkələnmişik

Qaçqın adıyla ləkələnmişik
8 yanvar 2015
# 17:45

İndi

Sənsizəm deyəsən dəli oluram,

Sənli günlərimi gəzirəm indi.

Bir vaxtı sevilən bəxtiyar idim,

Gözümün yaşını süzürəm indi.

Bir günlük həsrətə çətin dözürdüm,

İndi gələcəksən deyə gəzirdim,

Sənə vermək üçün güllər üzürdüm,

Bir düşün özümü üzürəm indi.

Mən axı kimsəni, üzə bilmərəm,

Sənsiz atdım, atıb gəzə bilmərəm,

Dedim yoxluğuna dözə bilmərəm,

Sənin yoxluğuna dözürəm indi.

Dağlar

Qürbət eldə saça elə dən düşüb,

Atam qocalıbdı elə, a dağlar.

Necə qocalmasın, sevgili qızlar,

Həsrətdir qoynunda gülə, a dağlar.

Xəlbirsiz içimizdə çox ələnmişik,

Vətəndə hər küncə səpələnmişik,

Biz qaçqın adıyla ləkələnmişik,

Silinməz versən də selə, a dağlar.

Fələk qocaların qəddini büküb,

Analar çox sizə göz yaşı töküb,

Sizsiz çoxları da dünyadan, köçüb,

Fələk amansızdı belə, a dağlar.

Dilində tükənməz şuarı sizsiz,

Ömür verə bilmir qərarı sizsiz,

Vallah əyilməyən vüqarı sizsiz,

Dönür Həsənoğlu külə, a dağlar.!

# 1945 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən maraqlı Yeni il adətləri

Dünyanın ən maraqlı Yeni il adətləri

12:00 31 dekabr 2025
Qlobal mədəni ikon: Eyfel qülləsi haqqında maraqlı faktlar

Qlobal mədəni ikon: Eyfel qülləsi haqqında maraqlı faktlar

14:40 27 dekabr 2025
Paytaxtlar haqqında maraqlı faktlar

Paytaxtlar haqqında maraqlı faktlar

12:00 11 oktyabr 2025
Fahişələr, cadugərlər,  feministlər... - Servantesin "qadınları"

Fahişələr, cadugərlər, feministlər... - Servantesin "qadınları"

09:20 29 sentyabr 2025
"Lolita"nın nəşr  macəraları...

"Lolita"nın nəşr macəraları...

15:00 19 avqust 2025
Dünyanın ən məşhur musiqi festivalları

Dünyanın ən məşhur musiqi festivalları

10:00 9 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər