Daha satacaq sözüm qalmayıb - Yeni şeirlər

Daha satacaq sözüm qalmayıb - Yeni şeirlər
23 dekabr 2021
# 11:40

Cavid Musa

Mən bacardım

Xüsusilə həftə sonu,
Axşam çağı,
Gün batanda
Öz-özümə darıxıram.
Aynada baxıram
Qırışlanmış üz gözümə
Darıxıram.
Düşünürəm bir anlıq
Düz 10 il bundan əvvəl
Çalışırdım gecə gündüz
Bu günlər üçün
Ailəm, uşaqlarım,
İşim, gücüm,
Evim-eşiyim
Olsun deyə çalışırdım.
Gördüyüm bütün ağrılar, acılar,
Problemlər
Geridə qaldı.
İndi hər şeyim var artıq
Bir oğlum, bir qızım var
Yoldaşımla oturub film izləyirik
Oktyabr ayıdır.
Çöldə narın yağış yağır
Duman görünür ay işığında.
Sabah şənbə günü.
İstirahət vaxtıdı.
Yaşadığım bütün çətinliklər
Gözümün qabağında canlanır
Hər şey bu gün üçün idi
Mən bacardım.

Yalançı qələm

Dəftərim aylardır boş qalıb
Yazı da yazmıram daha.
Daha bir faydam da yoxdur cəmiyyətə.
Daha satacaq sözüm qalmayıb,
İllər boyu mənimlə dostluq edən,
Çörək verən,
Yalançı qələmim var.
Dünya dərd içində boğularkən
Xumarlana xumarlana yazırdım mən.

Yaşamaqdan yaxşı heç nə yoxdur.
Mən hekayəsiz, macərasız,
maraqsız bir həyat yaşadım.
Yazdıqlarım da mənasız.
Dünyadan köçəndə isə hər kəs deyəcək xoşbəxt bir adam itirdik.
Amma kimsə mənim necə xoşbəxt olduğumu deyə bilməyəcək.

Nədən?

Sonunu görmədiyin,
Ağlının kəsmədiyi,
Əks yola çıxmaq da nədən?

Bir yolun ki, aşağı uçurumu var.
Özünü məhv eləyirsən hələ bir,
Özün ilə aparıb başqasını yıxmaq da nədən?

Sevirəm, onsuz ölərəm deyib,
Tanrıya meydan oxuyub,
Bəşərə, insana qorxmaq da nədən?

Əlbəttə, fələyin eşqimə güc dəstəyi var
Sonra gəl anlamıram, eşqi də sıxmaq da nədən?

Ruhuna sahib olub, qəlbini də fəth eləyib
Uzaqdan uzağa cisminə,
Baxmaq da nədən?

Ağlım ürəyimdə hisslərimlə savaşır.
Qəlbimə od püskürüb,
Ağlıma çaxmaq da nədən?

Nə olar dərdi dəli divanə olmayım Allah
Deməsinlər səfeh-səfeh
Gəzir bu axmaq da nədən?

# 6050 dəfə oxunub

Oxşar xəbərlər

Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

16:32 22 may 2024
Aş qonaqlığı - Xaliq Rəhimlinin hekayəsi

Aş qonaqlığı - Xaliq Rəhimlinin hekayəsi

12:00 21 may 2024
Azərbaycanda ilk qadın jurnalı - "İşıq"

Azərbaycanda ilk qadın jurnalı - "İşıq"

16:30 17 may 2024
# # #