Venetsiya Kinofestivalının mükafatlandırma mərasimi keçirilib.

Venetsiya Kinofestivalının mükafatlandırma mərasimi keçirilib.
8 sentyabr 2019
# 10:01

Sentyabrın 7-də Beynəlxalq Venetsiya Kinofestivalının mükafatlandırma mərasimi keçirilib.

Kulis.az- ın festivalın rəsmi saytına istinadən verdiyi xəbərə görə, festivalın baş mükafatı olan "Qızıl şir"i Tod Filipsin "Coker" filmi qazanıb.

Festivalın Qran Prisi rejissor Roman Polanskiyə "Zabit və casus" filminə görə təqdim olunub.

"Ən yaxşı rejissor işi" nominasiyasında "Sonsuzluq haqda" filminə görə İsveç rejissoru Roy Anderson "Gümüş şir"lə mükafatlabdırılıb.

İtaliyalı aktyor Luka Marinelli Cek Londonun eyniadlı əsəri əsasında çəkilmiş "Martin İden" filmindəki roluna görə "Ən yaxşı aktyor" nominaaiyasında qalib olub.

Fransız aktrisası Arian Askarid analoji nominasiyada "Allah adına dua" filminə görə seçilib.

Xatırladaq ki 76-cı Venesiya Kinofestivalı avqustun 28-də açılmışdı və əsas müsabiqə proqramında 20 film yarışırdı.

# 3435 dəfə oxunub

Oxşar xəbərlər

Məhbusların mübarizəsi, güllələnən fəhlələr... - Andrey Konçalovskinin məşhur filmləri

Məhbusların mübarizəsi, güllələnən fəhlələr... - Andrey Konçalovskinin məşhur filmləri

17:50 20 avqust 2026
“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” filminin çəkilişləri yekunlaşdı

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” filminin çəkilişləri yekunlaşdı

17:20 19 avqust 2026
Kinotənqidçilər və Kinoşünaslar Gildiyası növbəti mükafatlarını  təqdim etdi

Kinotənqidçilər və Kinoşünaslar Gildiyası növbəti mükafatlarını təqdim etdi

18:40 18 avqust 2026
Klaustrofobiya, xaos və yaşamaq instinkti... - Roman Polanskinin 5 məşhur filmi

Klaustrofobiya, xaos və yaşamaq instinkti... - Roman Polanskinin 5 məşhur filmi

14:30 18 avqust 2026
Dünya kinosunun "mafiya lideri" - Robert De Nironun unudulmaz rolları

Dünya kinosunun "mafiya lideri" - Robert De Nironun unudulmaz rolları

17:00 17 avqust 2026
Ceki Çanın rol aldığı filmin Azərbaycandakı çəkilişləri başa çatdı

Ceki Çanın rol aldığı filmin Azərbaycandakı çəkilişləri başa çatdı

16:55 17 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər