Kann mükafatını kimlər aldı? TAM SİYAHI

Kann mükafatını kimlər aldı? TAM SİYAHI
26 may 2014
# 10:33

Nuri Bilge Ceylanın "Qış yuxusu" adlı filmi 67-ci Kann Film Festivalında "Qızıl Palma’’ mükafatını qazanıb.

Ceylana mükafatı Kventin Tarantino və Uma Turman təqdim edib.

3 saatlıq “Qış yuxusu” filmində əhvalatlar Anadoluda baş verir, filmin qəhrəmanı Aktyor Haluk Bilginerin oynadığı otel sahibidir. Filmdə XİX əsr rus klassikasından çoxlu sitatlar var. belə yüksək materiya haqqında söhbətlər az qala filmin bütün məzmununu əhatə edir.

Mətbuatın yazdığına görə festivalın əsas favoritləri rus rejissoru Zvyaqintsevin “Levifian” və Belçika rejissorları olan Dardenn qardaşlarının “İki gün, bir gecə” filmi olub. Dardenn qardaşları “Qızıl Palma budağı”nı hələ 1999-cu ildə “Rozetta”, 2005-ci ildə isə “Körpələr” filminə görə almışdı. 2011-ci ildə isə “velosipedli oğlan” filminə görə festivalın Qran pri-sinə layiq görülmüşdülər. 2014-cü ildə Dardenlər festivaldan mükafatsız qayıdıb və bu, festivalın ən çox maraqlı xəbəri olub.

Zvyaqintsevin “Levifianı” isdə ən yaxşı ssenariyə görə mükafat alıb. Bu mükafatı rejissor ssenarinin həmmüəlifi Oleq Neqinlə bölüşüb.

Festivalın “Qran Pri”sini Sofi Loren təqdim edib. Mükafat Aliçe Rorvakerin italyan-isveç-alman birgə istehsalı olan “Möcüzələr” filminə verilib. Arıçı ailəsindən bəhs edən bu tragikomediya barədə tənqidçilərin fikri jüri ilə yekdil olub.

Kannın ən yaxşı rejissoru “Tülkü ovçuları” filminə görə Bennet Miler seçilib.

Bu rejissorun “Kapoote” filmi aktyor Filipp Seymur Hoffmana Osdkar qazandırmışdı. Tənqidçilər “Tülkü ovu” filmində aktyorun mükafatlandırılacağını gözlədikləri halda o qədər də maraq oyatmayan rejissor işi mükafatlandırılıb.

Ən yaxşı aktyor nominasiyasında isə Mayk Linin “Uilyam Terner” filmində Timoti Spol fərqlənib. Timoti XİX əsrin Britaniyanın imressionist rəssamının obrazını yaradıb. Aktyor mükafatı Monika Belluçinbin əllərindən alıb.

Kannın ən yaxşı aktrisa nominasiyasında mükafatı Culianna Mur “Ulduz xəritəsi” filminə görə qazanıb. O, bu filmdə psixoterapevtin xəstəsi olan aktrisanı oynayır.

Münfislərin mükafatını iki film birdən qazanıb: Jan Lük Qodarın “Əlvida, sözlər” filmi və Kanada rejissoru Ksavye Dolanın “Anacan” filmi qazanıb.

83 yaşlı Qodar mükafatlandırmada iştirak etməyib.

Ən yaxşı debütə görə, “Qızıl kamera”nı “Party” filmi qazanıb.

Qısametrajlar arasında “Qızıl palma budağı”nı Kolumbiyadan Simona Mesı Sotonun “Leydi” filmi qazanıb. Həmçinin jüri fransız Klement Trexi Lalanın “Aissa” filmini və norveç rejissor Xalvar Vinsenin “Bəli, biz sevirik” filmini də mükafatlandırılıb.

“Xüsusi baxış” proqramında Kornel Mundruonun“Ağ tanrı” filmi qazanıb. Bu filmdə atılmış i küçə itlərini insanlara qarşı üsyana çağırır.

“Xüsusi baxış”ın jüri mükafatını Ruben Estludun “Turist” filmi qazanıb. Vim Vendersin “Torpağın duzu” filmi xüsusi mükafata layiq görülüb. Bu proqramda ən yaxşı aktyor nominasiyasında “Çarlinin vətənində” filmində oynayan avstraliyalı Devid Qalpilil qazanıb.

“Tənqidçi həftəsi” proqramında baş mükafatı ukrayna rejissoru Miroslav Slaboşpitskinin “Qəbilə” filmi qalıb. Filmi lal-karlara həsr olunub və qeyri peşəkarlar çəkilib.

# 4744 dəfə oxunub

Oxşar xəbərlər

Tənqidçilərin bəyənmədiyi qorxu filmi prokatın lideri oldu

Tənqidçilərin bəyənmədiyi qorxu filmi prokatın lideri oldu

11:01 13 oktyabr 2026
Özge Gürel:  "Bu işə başlayarkən çox qorxurdum"

Özge Gürel: "Bu işə başlayarkən çox qorxurdum"

10:26 13 oktyabr 2026
Tarixi Zəfərin uğurlu ekran təcəssümü: 5 il ərzində çəkilən “44” bədii filminin premyerası oldu

Tarixi Zəfərin uğurlu ekran təcəssümü: 5 il ərzində çəkilən “44” bədii filminin premyerası oldu

10:09 13 oktyabr 2026
"Uşaqlara qarşı ən qorxunc günah..." –  Robert Pattinson yeni qalmaqallı filmindən danışdı

"Uşaqlara qarşı ən qorxunc günah..." – Robert Pattinson yeni qalmaqallı filmindən danışdı

14:07 12 oktyabr 2026
İzabel Yüpper süni intellekt qorxusundan danışdı:  "Hələ ki, ekrandakı öz üzümdür"

İzabel Yüpper süni intellekt qorxusundan danışdı: "Hələ ki, ekrandakı öz üzümdür"

12:02 12 oktyabr 2026
"Oskar" tarixində ilk:  Oliviya Uayld yeni rekorda imza atmağa hazırlaşır

"Oskar" tarixində ilk: Oliviya Uayld yeni rekorda imza atmağa hazırlaşır

16:45 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər